...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları təltif edilib

Siyasət Materials 17 Mart 2021 20:54 (UTC +04:00)
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları təltif edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əlibəyli Şəfəq Ənvər qızı

“Tərəqqi” medalı ilə

Allahyarov Kamil Hüseyn oğlu

Əliyeva Fatma Oruc Kuli qızı

Səfiyeva İnarə Bahadur qızı.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Bəşirli Xatirə Bədrəddin qızı

Sadırxanov Ridvan Sultanoviç

Şamilova Kübra Əsədulla qızı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti