...

Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)

Siyasət Materials 19 Aprel 2021 13:28 (UTC +04:00)
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilir.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti