...

Əfqanistana dair İstanbul konfransı təxirə salınıb

Siyasət Materials 21 Aprel 2021 04:21 (UTC +04:00)
Əfqanistana dair İstanbul konfransı təxirə salınıb

Bakı. Trend:

Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizmlanması üçün 24 aprel tarixində başlamalı olan İstanbul konfransı təxirə salınıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

Türk diplomatiyası rəhbərinin sözlərinə görə, forum müsəlmanların müqəddəs Ramazan ayının sonunda baş tutacaq.

Konfrans 24 aprel - 4 may tarixlərində keçirilməli idi.

Xatırladaq ki, zirvə konfransı Türkiyə, Qətər və BMT tərəfindən təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti