...

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb

Siyasət Materials 26 Aprel 2021 10:54 (UTC +04:00)
Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb

Bakı. Trend:

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-i saat 20:00-da dayandırılıb.

Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti