...

Uzun illər baxımsız qalıb paslanan, şanlı ordumuz tərəfindən azadlığa qovuşan Cəbrayıl lövhəsi (FOTO)

Siyasət Materials 28 Aprel 2021 17:43 (UTC +04:00)
Uzun illər baxımsız qalıb paslanan, şanlı ordumuz tərəfindən azadlığa qovuşan Cəbrayıl lövhəsi (FOTO)

Bakı. Ceyhun Ələkbərov -Trend:

“Cəbrayıla xoş gəlmişsiniz” - Bu lövhə Cəbrayıla gələn insanları qarşılayır. Üzərində sümbül və üzüm salxımı olan lövhə bu ərazinin necə zəngin təbiətə malik olduğunun rəmzidir.

Trend-in məlumatına görə, sözügedən lövhə Cəbrayıl rayonunun girişində, Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşir. Uzun illər idi düşmən löhvənin yerləşdiyi əraziyə nəzarət etdiyi üçün insanlar həmin yerə gedə bilmirdi.

Azərbaycan xalqı uzun illərdən sonra Cəbrayıl lövhəsini 2016-cı ilin Aprel döyüşlərindən sonra gördü. Belə ki, Cocuq Mərcanlı azadlığa qovuşandan sonra əsgərlərimiz “Xoş gəlmişsiniz” lövhəsinə bayraq sancmışdılar.

Nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından sonra işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. 44 gün ərzində bir addım belə geri çəkilməyən Ordumuz Cəbrayıl rayonunu da düşmən tapdağından azad etdi.

Hazırda Azərbaycan Ordusunun nəzarəti altında olan şəhər və rayonlarda yenidənqurma işləri aparılır. Bu işlər çərçivəsində “Cəbrayıla xoş gəlmişsiniz” lövhəsi də əvvəllər olduğu kimi bərpa edilib. Ölkə başçısı İlham Əliyev Cəbrayıla səfəri zamanı “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəlib. Dövlət başçısı bildirib ki, azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti