...

Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır

Siyasət Materials 5 May 2021 14:21 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır

Bakı. Trend:

Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Əminəm ki, səfər çox uğurlu olacaq və bizim qardaşlıq münasibətlərimizi gücləndirəcək. Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir. Çox şadam ki, bizi ziyarət edirsiniz. Sizə möhkəm can sağlığı arzulayıram. Bilirəm ki, bu yaxınlarda koronavirusa yoluxmuşdunuz. Çox şadam ki, tamamilə sağalmısınız. Bu, sizin Azərbaycana səfərinizin bir az təxirə salınmasının səbəbi idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti