...

Azərbaycanın ədalətli mövqeyi benəlxalq mövqelərimizi daha da möhkəmləndirəcək - Deputat

Siyasət Materials 14 İyul 2021 21:00 (UTC +04:00)
Azərbaycanın ədalətli mövqeyi benəlxalq mövqelərimizi daha da möhkəmləndirəcək - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın ədalətli mövqeyi dünyada dostlarımızın sayını artırmaqla benəlxalq mövqelərimizi daha da möhkəmləndirəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlamış, beynəlxalq birliyin tələb və təşəbbüslərini heçə endirmişdi. Ermənistan 2020-ci ildə Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törətməklə özlərinin yeni arzularını realllaşdırmaq məqsədilə danışıqlar prosesini əhəmiyyətsiz etmişdi: "Azərbaycanın Müzəffər Ordusu sentyabrın 27-də ermənilərin son təxribatının qarşısını almaq və pozulmuş ərazi bütövlüyünü bərpa etmək məqsədilə əks hücuma keçərək 44 gündə düşmənin hərbi birləşmələrini darmadağın etdi və 10 noyabrda kapitulyasiya aktına imza atmağına məcbur etdi. Beləliklə, Azərbaycan özü öz gücü ilə BMT TŞ-nın, Qoşulmamam Hərəkatının, İƏT-nın və ATƏT-in qərarlarını və qətnamələrini, pozulmuş beynəlxalq hüquq normalarını öz gücü ilə bərpa etməklə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etdi. Azərbaycan öz haqq işini görəndə BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbul etmək istəyəndə bu şurada təmsil olunan Qoşulmamam Hərəkatının 7 üzvü imkan vermədi və ölkəmizi dəstəklədi.

Təbii ki, bu, Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələrini və bu təşkilatın üzvülərinin Bandunq prinsiplərini hər şeydən üstün tutaraq ədalətin dəstəklədiyinin göstəricisi idi.

Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatının Xarici İşlər nazirlərinin aralıq konfransında geniş nitqlə çıxış edərək torpaqlarımız işğaldan azad olunmasına baxmayaraq, bu ərazilərdə ermənilərin uzun illər ərzində basdırdıqları minalaların xəritələrini verməməklə işğaldan azad olunmuş ərazilərə qaçqın və köçkünlərin qaytarılmasını çətinləşdirdiyini və dinc insanların minaya düşərək həlak olduqlarını konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistana minalanmış ərazilərin xəritələrini Azərbaycana verilməsinə təzyiq göstərilməsi üçün dünya birliyinə səslənmişdir".

Deputat qeyd edib ki, Qoşulmama Hərəkatınında Azərbaycan aktiv fəaliyyət göstərib, bu təşkilata üzvü olduğu 10 ildən sonra hərəkatın üzvülərinin yekdil səs çoxluğu ilə bu təşkilata üç illiyə sədr seçilib: "Azərbaycan Qoşulmama Hərkatına sədrlik etdiyi dövrdə zamanın tələbi olan aktual mövzuları gündəliyə çıxarmış və həlli istiqamətində çağırışlar edib. Qlobal pandemiyaya qarşı birgə mübarizənin və dünyada vaksinlərin ədalətli bölgüsünün təşkili mövzusunda BMT-nin Xüsusi Sessiyasının çağırılmasına müvəffəq olmuş və bu sessiyada Qoşulmama Hərəkatının sədri olaraq gündəliyin vacib məsələsi ilə əlaqədar çıxış edib. Bu gün də Prezident İlham Əliyev Qoşulmama Hərəkatının üzvü ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd edərək bu əməkdaşlığı gənclər təşkilatları və parlamentlər arasında möhkəmləndirməyin vacib olduğunu gündəliyə çıxarıb.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Qoşulmama Hərəkatına sədirilik etdiyi dövrdə də bu hərəkatın fəaliyyətindəki yeniliklər və qəbul etdiyi vacib qərarlarla yeni tarix yazır. Düşnürəm ki, Azərbaycanın ədalətli mövqeyi dünyada dostlarımızın sayını artırmaqla benəlxalq mövqelərimizi daha da möhkəmləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti