...

Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Siyasət Materials 25 İyul 2021 13:14 (UTC +04:00)
Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

Trend-in məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti