...

Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur - Ombudsman

Siyasət Materials 30 Avqust 2021 10:48 (UTC +04:00)
Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur - Ombudsman

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın hərbi təcavüzü ilə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşı var. Bütün sübutların olmasına baxmayaraq, Ermənistan Azərbaycan vətəndaşlarını girov saxlaması faktını inkar etməyə çalışır. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, 100-lərlə azərbaycanlıya erməni əsirliyində aldığı fiziki və psixi travmalar nəticəsində müxtəlif əlillik qrupları təyin edilib:

“Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım. Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqlarını bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər”.

Twitter: @ElchinMehdiyev

Xəbər lenti

Xəbər lenti