...

Beynəlxalq faktaraşdırıcı missiya azad edilmiş ərazilərə səfər edəcək

Siyasət Materials 15 Sentyabr 2021 11:29 (UTC +04:00)
Beynəlxalq faktaraşdırıcı missiya azad edilmiş ərazilərə səfər edəcək

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə 30 ilə yaxın Ermənistan tərəfindən törədilən vandalizm aktlarını araşdırmaq məqsədilə növbəti beynəlxalq faktaraşdırıcı missiya Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan Ombudsmanı İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosasiyasının İdarə Heyətinin üzvüdür:

“Bu gün bu Assosasiyanın Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosasiyasının baş katibinin nümayəndəsi, Pakistan Ombudsmanının nümayəndəsi Bakıdadır. Bu səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər etməyi planlaşdırırıq və səfərin yekunu olaraq bəyanat qəbul olunması nəzərdə tutulur.

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrimizin dağıdılması, ekoloji terror, Ermənistan hərbi-siyasi hakimiyyətinin məsuliyyətə cəlb olunması və təzminatın ödənilməsi istiqamətində bu günə qədər çox işlər görülüb və bizim birlikdə hazırladığımız hesabat bu istiqamətdə növbəti addım olacaq”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti