...

Aİ Ukraynada hərbi missiya yarada bilər

Siyasət Materials 3 Oktyabr 2021 10:49 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Ukraynada müstəqil hərbi təlim missiyası qurmağı düşünür.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə alman "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Bildirilir ki, missiya qurulacağı təqdirdə Avropa İttifaqının Ukrayna Hərbi Məsləhət və Təlim Missiyası (EU Military Advisory and Training Mission Ukraine (EUATM) adlandırılacaq.

Məlumata əsasən, təlim missiyasının ölkədə yaradılmasını cari ilin iyul ayında Ukraynanın xarici işlər naziri və müdafiə naziri xahiş ediblər və bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə məktub göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti