...

Suqovuşan və Talış kəndinin azad olunması Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi - Könül Nurullayeva

Siyasət Materials 4 Oktyabr 2021 14:59 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaltması tarixi və rəmzi xarakter daşıyır. Bir il əvvəl 2020-ci il oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi eyni gündə işğaldan azad edildi. Azərbaycan ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək, strateji əhəmiyyətə malik olan Suqovuşanı azad etməklə mövqelərimizin daha da möhkəmlənməsinə nail oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, beləliklə, Azərbaycan strateji yollar və yüksəklikləri nəzarətə götürdü, düşmənin xeyli qüvvəsi təcrid edildi:

"Mühribənin ilk günlərində əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi. Eyni zamanda müharibənin gedişi də göstərdi ki, Talış və Suqovuşanın azad edilməsi Ermənistan ordusunda ciddi psixoloji sarsıntı yaratdı. Çünki dövlət başçımızın da söylədiyi kimi, bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən isə bizim bu istiqamətdən hərəkətə keçəcəyimizi bilirdi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Bununla belə, Azərbaycan ordusu bu istehkam və müdafiə xəttini yararaq, düşməni darmadağın etdi".

Deputat vurğulayıb ki, ötən bir il ərzində Suqovuşanda bərpa prosesinin sürətinə diqqət çəkmək vacibdir:

"Qısa vaxtda “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı həyata keçirildi. Bu gün Azərbaycan Suqovuşan su anbarına nəzarəti təmin edib. Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemi həllini tapıb. Hər birimiz xatırlayırıq, əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər ekoloji terror törədirdi. Bu məsələ dəfələrlə AŞPA-da müzakirəyə çıxarılmışdı, hətta məruzə də qəbul olunmuşdu. Amam düşmən buna məhəl qoymayaraq, terror siyasətini davam etdirirdi. 44 günlük tarixi savaş zamanı Azərbaycan regionda ekoloji terrorun da kökünü kəsdi".

K.Nurullayeva vurğulayıb ki, bu gün işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir:

"Eyni zamanda Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması Azərbaycanın qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması istiqamətində reallaşan işlərin real nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti