...

Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib

Siyasət Materials 17 Oktyabr 2021 20:20 (UTC +04:00)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 7 bilbordda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi münasibətilə məlumat xarakterli bilbordlar yerləşdirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Böyük Britaniyada yaşayan soydaşlarımızın adından Müstəqillik Gününə həsr olunmuş lövhələrdə 18 Oktyabr tarixinin Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, lövhələrdə üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın 3 gün müddətində yerləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti