...

İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı

Siyasət Materials 27 Oktyabr 2021 17:37 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır: “Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarım ilə telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti