...

Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var - Binəli Yıldırım

Siyasət Materials 4 Noyabr 2021 09:42 (UTC +04:00)
Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var - Binəli Yıldırım

Bakı. Humay Ağacanova -Trend:

Zəngəzurun dəhlizinin açılması istiqamətində işlər davam edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumundan öncə jurnalistlərə açıqlamasında deyib.

B.Yıldırım bildirib ki, Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə danışıqlar davam edir:

"Zəngəzur dəhlizin açılması bütün region ölkələrinin daha çox əlaqələr qurmasına kömək edəcək. Zəngəzur dəhlizinin bütün bölgə ölkələrinə faydası var".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti