...

BMT-də müəyyən islahatlar aparılmalıdır - Ərəb Liqasının sabiq baş katibi

Siyasət Materials 4 Noyabr 2021 14:25 (UTC +04:00)

Bakı. Humay Ağacanova -Trend:

BMT-də müəyyən islahatlar aparılmalıdır ki gələcəkdəki çağırışlar üçün daha faydalı olsun.

Trend-in məlumatına görə bunu VIII Qlobal Bakı Forumunda "Covid-19-dan sonra yeni dünya nizamı" mövzusunda paneldə çıxış edən Ərəb Dövlətləri Liqasının sabiq baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Məhəmməd Musa deyib.

"BMT-nin qurumlarına nəzər yetirsək görərik ki, kasıb, kiçik ölkələrə kömək etmək üçün imkana malikdirlər. BMT-nin bu işləri təşkil etməsi çox önəmlidir" - deyə keçmiş baş katib bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti