...

Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Siyasət Materials 12 Noyabr 2021 18:36 (UTC +04:00)
Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Bakı. Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün bağlanış mərasimində deyib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti