...

Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Siyasət Materials 20 Noyabr 2021 00:06 (UTC +04:00)
Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Bakı. Trend:

Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə Trend Avropa İttifaqı Şurasına istinadən xəbər verir.

Şarl Mişel dekabrın 15-nə planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirməyi təklif edib.

Cənubi Qafqazda firavanlıq və sabitliyi təmin etmək məqsədiylə regiondakı vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Telefon danışığı zamanı həmçinin insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq Azərbaycan və Ermənistan arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin yaradılması haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti