Bakı. Ləman Zeynalova - Trend:
ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.
O bildirib ki, gələn il ABŞ və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək.
"30 il ərzində biz çox şeyə nail olmuşuq. Xüsusilə, biz təhlükəsizliyin təmin olunması üzrə NATO missiyasının reallaşdırılmasında uğurla əməkdaşlıq edirik. Biz bu təşəbbüsdə iştiraka görə Azərbaycana minnətdarıq" - deyə, səfir vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)