...

Fransanın Cənubi Qafqaz siyasətində ciddi səhvlər var - Deputat

Siyasət Materials 23 Noyabr 2021 11:25 (UTC +04:00)
Fransanın Cənubi Qafqaz siyasətində ciddi səhvlər var - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Fransanın Azərbaycana qarşı dost olmayan addımını qınayıram, Fransa parlamentinin sədrinin Azərbaycana qarşı əsassız iddialarını pisləyirəm. Fransanın Cənubi Qafqaz siyasətində ciddi səhvlər var.

Trend-in məlumatına görə, bunu deputat Tural Gəncəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Fransanın bu cür davranışı həm liderlik böhranının, həm də xarici siyasət kursunun formalaşdırılmasında ciddi səhvlərin olduğunu göstərir:

“Fransanın hələ də regionda yaranan yeni reallıqları qəbul etmədiyini görürük. Regiona dəxli olmayan bir ölkənin əsassız iddialarını qəbul etmirik. Bundan sonra Fransa Cənubi Qafqaz siyasətində ehtiyatlı olmalıdır, əks halda onların Cənubi Qafqazda batmaqda olan nüfuzu daha da dərinliyə çökəcək”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti