...

Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır

Siyasət Materials 29 Noyabr 2021 13:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır

Bakı. Trend:

Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti