Bakı. Trend:
Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq. Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasların davam etməsini vacib hesab edirik və həqiqətən də hesab edirik ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq", - deyə o bildirib.