...

Nursultan Nazarbayev hazırda Qazaxıstandadır - Mətbuat katibi

Siyasət Materials 8 Yanvar 2022 11:19 (UTC +04:00)
Nursultan Nazarbayev hazırda Qazaxıstandadır - Mətbuat katibi

Bakı. Trend:

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev hazırda paytaxt Nur-Sultandadır və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir.

Trend-in məlumatına görə, bunu N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

"Yalan və spekulyativ məlumatlar yaymamağı xahiş edirik. Nursultan Nazarbayev məşvərət görüşləri keçirir və prezident Kasım-Jomart Tokayevlə daim əlaqədədir. Bundan başqa, N.Nazarbayevin bir sıra ölkə rəhbərləri ilə telefon danışıqları olub", - deyə o bildirib.

Mətbuat katibi əlavə edib ki, sabiq prezident çətinliklərin öhdəsindən gəlmək üçün hər kəsi K.Tokayevin ətrafında sıx birləşməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti