...

Azərbaycanda yeni məcəllənin qəbul edilməsi təklif edilir

Siyasət Materials 1 Fevral 2022 11:49 (UTC +04:00)
Azərbaycanda yeni məcəllənin qəbul edilməsi təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni məcəllənin qəbul edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Sosial Rifah Məcəlləsinin qəbul edilməsinə ehtiyac var.

“Bir çox Avropa ölkələrində bu cür məcəllələr var. Bu cür məcəllə Azərbaycanda həyata keçirilən sosial siyasətin fəlsəfəsinə uyğun olar və ölkə Prezidentinin sosial islahatlarının qanunvericilik tərəfindən dəstəklənməsi üçün əhəmiyyli ola bilər”, - deyə deputat bildirib.

V.Bayramov həmçinin süni qiymət artımı ilə mübarizə istiqamətində qanunvericiliyə əlavələrin olmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti