...

Nüvə proqramı üzrə razılaşmaya heç vaxt olmadığı kimi yaxınıq - İranlı rəsmi

Siyasət Materials 17 Fevral 2022 08:37 (UTC +04:00)
Nüvə proqramı üzrə razılaşmaya heç vaxt olmadığı kimi yaxınıq - İranlı rəsmi

Bakı. Trend:

İranın nüvə proqramı üzrə danışıqlarda nümayəndəsi Əli Baqeri Kani bildirib ki, JCPOA ölkələri razılaşmaya heç vaxt olmadığı kimi yaxınlaşıblar.

Trend xəbər verir ki, Ə.B. Kani öz "Twitter" səhifəsində qeyd edib ki, həftələrlə davam edən intensiv danışıqlardan sonra tərəflər razılaşmaya əvvəlkindən daha yaxındır.

"Danışıqlar aparan tərəfdaşlarımız realist olmalı, kompromisslərdən qaçmamalı və son 4 ilin bizə verdiyi dərsə diqqət yetirməlidirlər. Onların ciddi qərarlarının vaxtıdır", - deyə İranlı rəsmi bildirib.

Yanvarın 26-da Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların səkkizinci raundu başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti