...

İsrailin Aşkelon şəhər meriyasında Milli Məclisin deputatları ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 22 Fevral 2022 14:20 (UTC +04:00)
İsrailin Aşkelon şəhər meriyasında Milli Məclisin deputatları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 22-də İsrailin Aşkelon şəhər meriyasında Milli Məclisin deputatları Sevil Mikayılova və Anatoliy Rafailovla görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Aşkelon şöbəsinin sədri İlya Moskoviç şöbənin işi və gələcək planlar haqqında danışıb.

Görüşdə, həmçinin Aşkelon meri Tomer Qlam və onun müavini Sofa Beylina iştirak edib.

Tərəflər turizm və mədəniyyət, tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra Azərbaycandan gəlmiş, Aşkelon və ətraf şəhərlərdə yaşayan şəxslərlə görüş baş tutub.

Qeyd edək ki, Milli Məclisin deputatları Sevil Mikayılova və Anatoliy Rafailov Azİz tərəfindən təşkil olunmuş və Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İsrailə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti