...

Ermənistan sülh müqaviləsi ilə bağlı adekvat mövqe sərgiləməlidir - Çavuşoğlu

Siyasət Materials 5 Mart 2022 14:55 (UTC +04:00)
Azərbaycanın Ermənistanla əhatəli imzalamaq təklifini dəstəkləyirik.
Ermənistan sülh müqaviləsi ilə bağlı adekvat mövqe sərgiləməlidir - Çavuşoğlu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyirik. Ermənistan da bu məsələdə adekvat mövqe sərgiləməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

M.Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasitbətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir.

“Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti