Bakı. Trend:
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin məlumatında bildirilib ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir.