Bakı. Trend:
Rusiya Ukraynaya hücum etməyib və digər ölkələrə hücum planlaşdırmır.
Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O əlavə edib ki, ukraynalı həmkarı ilə Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü məsələsini müzakirə edib.