...

Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir

Siyasət Materials 16 Mart 2022 14:59 (UTC +04:00)
Çavuşoğlu Moskvada Lavrovla Rusiya-Ukrayna məsələsini müzakirə edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Rusiya-Ukrayna məsələsində ilk gündən dəqiq mövqe tutub və məsələnin beynəlxalq qanunlar çərçivəsində ədalətli həllinin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşündə deyib.

M.Çavuşoğlu bildirib ki, münaqişə tərəfi olan hər iki ölkə ilə yaxşı münasibətləri olan Türkiyə mövcud problemin sülh yolu ilə həllinə çalışır.

“Bu günə qədər Rusiya ilə istər Suriya, istər Livan məsələsində səmərəli iş birliyimiz olub. Bu etibarlı münasibətlər əsasında bu gün bu məsələni müzakirə edirik”, - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti