Bakı. Trend:
Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci il üzrə gəlir və xərclərini açıqlayıb.
Trend-in məlumatına görə, ötən il partiyanın gəlirləri 13 156 300 manat, xərcləri isə 10 649 516 manat təşkil edib.
2021-ci ildə dövlət büdcəsindən YAP-a 1 888 232 manat vəsait ayrılıb.
Hesabat dövründə partiyanın uzunmüddətli aktivləri 19 852 254 manat olub.