...

Azərbaycan hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib - ATƏT-in fəaliyyətdə olan sədri

Siyasət Materials 31 Mart 2022 14:26 (UTC +04:00)
Azərbaycan hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib - ATƏT-in fəaliyyətdə olan sədri

Bakı. Trend:

Azərbaycan hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.

Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti