...

Fransada prezident postu uğrunda mübarizə gərginləşir

Siyasət Materials 3 Aprel 2022 02:57 (UTC +04:00)
Fransada prezident postu uğrunda mübarizə gərginləşir

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron hələ də prezidentlik yarışında liderlik edir, lakin ultrasağçı "Milli birlik" partiyasının lideri Marin Le Penlə aralarında olan fərq getdikcə azalır.

Trend xəbər verir ki, bu "Elabe" Araşdırma İnstitutunun sorğusunun nəticələrində əks olunub.

Nəticələrə əsasən, respondentlərin 28,5%-i hazırda Makrona səs vermək niyyətindədir. Onun ən yaxın rəqibi Marin Le Pen-ə isə rəyi soruşulanların 22%-i səs verməyə hazırdır. Qeyd olunur ki, bu göstərici bir neçə gün bundan əvvəlki rəqəmlərdən artıqdır.

Qeyd edək ki, prezident seçkilərinin 1-ci turu aprelin 10-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti