...

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Siyasət Materials 6 Aprel 2022 20:13 (UTC +04:00)
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüşdə cari ildə Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirildi.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışıldı. Dünya Bankının bu istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirildi.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti