...

Prezident İlham Əliyev: Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib

Siyasət Materials 29 Aprel 2022 10:34 (UTC +04:00)
Prezident İlham Əliyev: Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib

Bakı. Trend:

Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə, hər bir hökumətin özünün gündəliyi var və biz Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsinin şahidi olduq. Bunlar olduqca müsbət bəyanatlardır. Ancaq, eyni zamanda, burada hərəkət olmalıdır. Hazırda biz hərəkət görürük. Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi və mən müharibə bitəndən sonra Minsk qrupunun nümayəndələri ilə görüşərkən bildirdim ki, onlar nə edəcəkləri ilə bağlı təklif versinlər. Onların gündəliyi nədən ibarət olacaqdır? Mən bilirəm ki, onlar üçün hər hansı praktiki təkliflər vermək çətin oldu. Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni reallıqların öz təsiri var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti