Bakı. Trend:
Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin cümə axşamı ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqelərini açıqlayacaqlar.
Trend xəbər verir ki, bu barədə yerli "YLE" telekanalı dövlət başçısının dəftərxanasına idtinadla xəbər verib.
Qeyd olunur ki, onların məsələylə bağlı münasibətini əks etdirən məlumat 12 may yerli vaxtla 10:00 açıqlanacaq.
Marin daha əvvəl Yaponiyanın NHK telekanalına müsahibəsində bildirmişdi ki, Finlandiya hakimiyyəti bir həftə ərzində ölkənin NATO-ya mümkün daxil olması ilə bağlı qərar verəcək.