...

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib (FOTO)

Siyasət Materials 16 May 2022 18:02 (UTC +04:00)
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 16-da Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti