...

Azərbaycan-Litva strateji tərəfdaş ölkələrdir - Rauf Əliyev

Siyasət Materials 20 May 2022 16:44
Azərbaycan-Litva strateji tərəfdaş ölkələrdir - Rauf Əliyev

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 may 2022-ci il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir.

Qeyd olunmuşdur ki, iki ölkə arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq , uzun illərdir ki, Azərbaycan-Litva artıq strateji tərəfdaş ölkələrdir və Litva Respublikası Prezidentinin hazırkı səfəri fəal siyasi dialoqun oduğunu nümayiş etdirir. Prezident qeyd etmişdir ki, biznes forum işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsətdir. Hökumətlərarası birgə komissiya iki ölkənin işgüzar dairələrinin səylərini əlaqələndirəcək, eyni zamanda , hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin oldüğunu qeyd edən cənab Prezident bildirmişdir ki, ölkəmizdə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. İnvesisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahasini də əhatə edir. Hazırda Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazım olduğundan Avropa istehlakşıları üçün bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər.

Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Bildirilmişdir ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulması üçün əsl vaxtdır. İki ölkə arasında nəqliyyat sektoru sahəsində əməkdaşlıq məsələlərini qeyd edən cənab Prezident bildirmişdir ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın olmayan ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması önəmlidir. Azərbaycanda bu sahədə uzun illərdir iş aparılıb və nəqliyyat şəbəkəsinin şaxələnmiş zənciri yaradılmışdır. Azərbaycan Şərq- Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Azərbaycanın bu sahədə rolu bundan sonra daha da artacaq. Artıq nəqliyyat infrastrukturunun necə istifadə edilməsi ilə bağlı qonşu ölkələrdən bir çox təkliflər daxil olub. Bu Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır.

Ümumilikdə biznes forumda Azərbaycan- Litva iqtisadi əlaqələrin bir çox sahələri üzrə, o cümlədən ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnoligiyaları, nəqliyyat, enerji və digər sahələr üzrə əməkdaçlığın inkişaf etdirilməsi məsələlərinin yüksək səviyyədə müzakirə edilməsi göstərir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva strateji tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər.

Milli Məclisin deputatı
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti