Bakı. Trend:
Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memorandum imzalanacaq.
Trend-in məlumatına görə, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: "Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada ictimai şuralarla regional konfrans keçirdik. Orada eyni zamanda QHT ofislərində görüşlər keçirilib. Lakin ictimai şuralarla bağlı vəziyyət kifayət qədər qənaət bəxş deyil. Biz çalışırıq ki, bu problemlər aradan qaldırılsın, onların bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır".