...

Brüssel görüşü, əldə olunan nəticələr - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 23 May 2022 19:31
Brüssel görüşü, əldə olunan nəticələr - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldəki görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və təşəbbüsü ilə baş tutub.

5 saat davam etmiş görüşdən sonra o, jurnalistlərə bildirib ki, Cənubi Qafqazda "sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür", ona görə bütün səyləri, etimadyaratma tətbirlərini dəstəkləyirlər: "Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başalamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik".

Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Brüssel görüşü, əldə olunan nəticələr" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları iqtisadçı ekspert - Xalid Kərimli, Milli Məclisin deputatları - Sahib Alıyev və Cavanşir Feyziyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=NddGYqh8Iqs

Məqalədə:
Xəbər lenti

Xəbər lenti