...

Prezident İlham Əliyev: Bu gün “TEKNOFEST” Türkiyə və Azərbaycan birliyinin növbəti nümayişidir

Siyasət Materials 28 May 2022 15:34 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün “TEKNOFEST” Türkiyə və Azərbaycan birliyinin növbəti nümayişidir

Bakı. Trend:

Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 28-də "Teknofest" festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti