Bakı. Trend:
Prezident İlham Əliyevin vaksinlərə bərabərhüquqlu çıxışın təmin edilməsi ilə bağlı təşəbbüsü vaxtında olan təşəbbüs idi.
Trend-in məlumatına görə, bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhid jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan COVID-19 pandemiyası zamanı yüksək hazırlıq səviyyəsini nümayiş etdirib. Prezident İlham Əliyevin vaksinlərə bərabər çıxışın təmin edilməsi təşəbbüsü koronavirusla mübarizədə çox vaxtında oldu. Azərbaycan son 30 ildə BMT Assambleyası və Təhlükəsizlik Şurası tərkibində mühüm uğurlar əldə edib. Mən bütün dünya birliyinin rifahı naminə sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm", - deyə sədr bildirib.
A.Şəhid qeyd edib ki, Qoşulmama Hərəkatının gəncləri ilə bugünkü görüş çox məhsuldar olub və gənclərin qlobal problemlərin həllinə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edib.