...

Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb - Şavkat Mirziyoyev

Siyasət Materials 21 İyun 2022 23:40 (UTC +04:00)
Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb - Şavkat Mirziyoyev

Bakı. Trend:

Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Ş.Mirziyoyev deyib:

“Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər iki xalqın rifahı naminədir. Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan firavanlaşsın.

Bir daha demək istəyirəm, biz öz komandamıza bunu həqiqətən qəti şəkildə dedik ki, nəticələr çox ciddi olacaq. İlham Heydər oğlunun dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq. Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək görüşlərimizdə bu nəticə göz qabağında olacaq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti