...

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının vaxtı razılaşdırılır - Lavrov (FOTO)

Siyasət Materials 24 İyun 2022 13:56 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının vaxtı razılaşdırılır - Lavrov (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının Moskvada keçirilməsi razılaşdırılıb, indi biz hər iki tərəf üçün uyğun olacaq vaxtı seçirik.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

"Bir neçə gün əvvəl İrəvana səfərim zamanı baş nazir və xarici işlər nazir ilə danışmışıq. Onlar komissiyanın ikinci görüşündə iştirakla bağlı hazır olduqlarını ifadə ediblər. Bu görüş Moskvada razılaşdırılıb, indi hər iki tərəf üçün uyğun vaxtı seçirik. Mən tərəflərin fikirlərini dəyişdiyi, bu prosesdə iştirak etmək istəmədiyi barədə hər hansı siqnal görməmişəm. Əksinə, mən həm İrəvanda, həm də bu gün burada təsdiq almışam ki, delimitasiya bu mərhələdə bütün səylərin ən vacib komponentidir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti