...

Şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin proritet istiqamətlərindən biridir - RƏY

Siyasət Materials 14 İyul 2022 20:46 (UTC +04:00)
Şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin proritet istiqamətlərindən biridir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin proritet istiqamətlərindən birini təşkil edir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.

“Dövlət davamlı olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər. Azərbaycan azsaylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir, onlara dövlət tərəfindən mənzillər və avtomobillər verilir”, - deyə deputat bildirib.

C.Məmmədov vurğulayıb ki, bu günə qədər bu kateqoriyadan olan 13 mindən artıq insan mənzillərlə təmin edilib, 7400 şəxsə minik avtomobilləri verilib.

“Bu, böyük rəqəmdir. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə mənzillə tam təmin ediləcəklər.

Bütün bunlar Azərbaycanda sosial siyasətin uğurla həyata keçirildiyini göstərir. Dövlət bu kateqoriyadan olan insanların rifah halının daha da yaxşılaşıdırlması üçün mühüm addımlar atır. Gələcəkdə də bu diqqət və qayğı davam etdiriləcək”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Azər Badamov isə Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisinin bütövlüyü uğrunda öz canından keçmiş qəhrəman oğulların ailələrini və sağlamlıqlarını itirmiş şəxsləri dövlət daim diqqətdə saxlayır.

"Cənab Prezident İlham Əliyevin Vətən müaharibəsində yaralanmış əsgərlərimizlə görüşlərinin keçirilməsi, o cümlədən, şəhid ailələrinə mənzillər veriləndə onlarla bir yerdə olaraq dinləməsi və müəyyən problemlərin həll olunması üçün yerindəcə tapşırıqların verilməsi bu qayğının əyani təzahürüdür. Ölkə başçısı keçirdiyi bütün müşavirələrdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə diqqətlə yanaşılamsı üçün bütün məmurlara tapşırıqlar verir. Dövlət başçımızın imzaladığı sərəncamları ilə şəhid ailələri və müaharibə əlillərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir çox dövlət proqramları icra olunur.

Belə ki, hər bir şəhid ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilib və aylıq müavinətlər təyin olunub. O cümlədən, əlillik dərəcəsindən asıllı olaraq bütün əlillərə sığorta vəsaitlər ödənilib, pensiyalar təyin olunmaqdadır. Şəhid ailələri və müharibə əlillərin məişət-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramı icra olunur. Bu proqramlar çərçivəsində 12,5 mindən çox şəhid ailəsinə və müharibə əlilinə fərdi evlər tikilib və ya da mənzillərlə təmin olunub. Bu proqramda 2025-ci ilə qədər bütün şəhid ailələri və müharibə əlilləri mənzilllə təmin olunması nəzərdə tutulub. O cümlədən Qarabağ müharibəsinin əlilləri 7500-də çox avtomobilə təmin olunub və bu proqram davam etdirilir. Şəhid övladların təhsil xərcləri dövlət tərəfindən qarşılanır və istiraət düşərgələri təşkil olunur.

Cənab Prezidentin sərəncamı ilə "YAŞAT" Fondu yaradılmış və bu fonda edilmiş ianələr vasitəsilə əlillərin reabilitasiyası aparılır, xaricdə müalicəsi təşkil olunur. Hərəkət orqanlarını itirmiş şəxslər yüksək texnoloji protezlərlə təmin olunur. Həm də dövlət tərəfindən reabilitasiya mərkəzləri yaradılır və bu reabilitasiya mərkəzlərinə minlələrlə qazi cəlb olunaraq onların müalicəsi təşkil olunur", - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti