...

Ağalı sakinlərinə öz evlərinin açarları təqdim olunub (FOTO)

Siyasət Materials 19 İyul 2022 20:26 (UTC +04:00)
Ağalı sakinlərinə öz evlərinin açarları təqdim olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

58 nəfərdən ibarət 10 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Bu ailələrdəndə biri də Mahmudovlar ailəsidir.

Trend-in Qarabağ bürosu Ağalı kəndində sözügedən ailənin evində qonaq olub.

Ailə 5 nəfərdən ibarətdir. Onlara yüksək səviyyədə təmir olunmuş 4 otaqlı evin açarları təqdim olunub. Onlar böyük həyəcan içərisində öz evləri ilə tanış olublar.

Qeyd edək ki, ümumilikdə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalı kəndinə köçürüləcək.

Ağalı kəndinə qayıdan Mahmudovlar ailəsinin evindən fotoları təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti