...

Azərbaycan dövləti gəncləri yüksək səviyyədə dəstəkləyir - Zimbabve təmsilçisi (VİDEO)

Siyasət Materials 25 İyul 2022 15:32 (UTC +04:00)
Azərbaycan dövləti gəncləri yüksək səviyyədə dəstəkləyir - Zimbabve təmsilçisi (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünya əhalisinin 1.3 milyarddan çoxunu gənclər təşkil edir. Bu baxımdan, qlobal səviyyədə gənclər arasında əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyac var. Müxtəlif ölkələrdən olan gənclərin bir araya gəlməsi və postpandemiya dövründə müxtəlif həllər ətrafında müzakirələr aparması vacib əhəmiyyət kəsb edir. Bu mənada, Bakıda keçirilən bu sammit böyük əhəmiyyət daşıyır.

Bunu Trend-ə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitində iştirak edən Zimbabve təmsilçisi Abiel Elson Mavere deyib.

O, sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib.

“Düşünürəm ki, bu, mənim indiyə qədər iştirak etdiyim ən yaxşı sammitlərdən biridir. Əlbəttə, hər hansı tədbiri belə yüksək səviyyədə təşkil etmək böyük məsuliyyət tələb edir. Azərbaycan bu istiqamətdə böyük işlər görüb. Azərbaycan Prezidenti İlham Əliyevin sammit iştirakçılarına müraciəti oxundu. Bu, onu göstərir ki, Azərbaycan dövləti gəncləri yüksək səviyyədə dəstəkləyir. Bu, çox təqdirəlayiq haldır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti