Bakı. Trend:
Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini layiqincə yerinə yetirə bildi.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Gənclər sammitinin yekun iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Bandunq prinsiplərinə sadiq qalmaqda davam edir.
C.Bayramov qeyd edib ki, mədəni, dini və siyasi fərqliliklərə baxmayaraq, Qoşulmama Hərəkatının üzv ölkələri ümumi dil tapa bilib.
Nazir Qoşulmama Hərəkatı Gənclər sammitinin uğurunu qeyd edib və əlavə edib ki, gənclərə öz bacarıqlarını nümayiş etdirmək, yeni əlaqələr qurmaq üçün məkan vermək lazımdır.
O əlavə edib ki, sabah Şuşa şəhərində qəbul olunacaq sənədlər növbəti dəfə Azərbaycanın və bu sammitin uğurlu işini təsdiqləyəcək.
(Tərcümə: Orxan Nəbiyev)