...

Ermənistan Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - ŞƏRH

Siyasət Materials 16 Avqust 2022 21:11 (UTC +04:00)
Ermənistan Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günlərdə "Dəmir yumruq"un tərkib hissəsi olan "Qisas" əməliyyatı bir daha Ermənistanın revanşist qüvvələrinə göstərdi ki, əgər onlar üzərlərinə düşən öhdəliklərə zidd hərəkət edərlərsə, "Dəmir yumruq"la bir daha rastlaşa bilərlər.

Bununla bağlı Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanını rəşadətli ordusu nəinki torpaqlarımızı işğaldan azad etdi həmçinin BMT-nin 28 il kağız üzərində qalan 4 qətnaməsini icrasını təmin etdi. Tarixi ədaləti və beynəlxalq hüququ bərqərar etdi.

" Azərbaycan regionda sülhün bərqərar olunmasının, regionun inkişafını tərəfdarıdır. Ancaq Ermənistan ara-sıra təxribatlara əl atır və Azərbaycanın xəbərdarlıqlarına baxmayaq, üçtərəfli bəyanatda üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq təxribatları törədirlər. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dərs onların yaddaşında qalacaq. "Qisas" əməliyyatı bir daha onu göstərdi ki, qüdrətli və güclü Azərbaycan müstəqil siyasət aparır və hər hansı bir zəngə, bəyanata görə öz qətiyyətli mövqeyindən dönmür. Azərbaycan əldə olunan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirilməsini tələb edir", - deyə S. Hüseynova əlavə edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. "Qisas" əməliyyatının cəza tədbiri olduğunu, Ermənistanın bu əməliyyatdan ciddi nəticə çıxarmalı olduğunu, yenidən belə təxribat törədildiyi halda Azərbaycanın reaksiyasının çox sərt olacağını bəyan etdi. Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğuladı.

"Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı növbəti təxribat törətdi və dəmir yumruq yenidən işə düşdü.

Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, Ermənistan bu öhdəliyi yerinə yetirməlidir.

10 noyabr 2020-ci il Bəyannaməsində yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb. Prezident qeyd etdi ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı" – deyə C. Məmmədov bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi.

"Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər.

Bu bir mənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır", – deyə C. Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti