Bakı. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuli köhnə şəhər mərkəzinə baxış keçiriblər.
Trend xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəhər mərkəzi, yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.
Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.
Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər, eləcə də planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcəklər.